Texnologiya

5 arxa kameralı Nokia 9 smartfonunun real FOTOları ortaya çıxdı

10 Fevral 2019 16:29
0 Şərh     Baxış: 1 999
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rəsmi press-render fotolardan sonra internetdə təqdimata hazırlaşan 5 arxa kameralı Nokia 9 PureView smartfonunun real fotoları da ortaya çıxdı.

Qeyd etmək lazımdır ki, smartfon haqqında demək olar ki, hər şey məlumdur.

Milli.Az Technota-a istinadən bildirir ki, onun əsas fərqləndirici özəlliyi isə 5 arxa kamera moduluna sahib olmasıdır. Əvvəlcədən də güman edildiyi kimi Nokia 9 PureView smartfonu 18:9 nisbətli QHD+ keyfiyyətli 6 düym AMOLED ekrana sahib olacaq və ekranın özü HDR 10-nu dəstəkləyəcək.

Ekran üzərində heç bir çıxıntı hissə olmayacaq və o hər tərəfdən qalın olmayan çərçivələr ilə əhatə olunacaq. Bundan əlavə olaraq Nokia modelləri arasında ilk dəfə olaraq məhz Nokia 9 PureView smartfonu ekrana inteqrasiya edilmiş barmaq izi skanı texnologiyası ilə təchiz olunacaq. Smartfonda əsas marağı cəlb edən məhz arxa paneldir. Belə ki, arxa paneldə Zeiss markalı 5 kamera modulu, işıqlandırma sistemi və lazer avtofokusu var.

Arxa kamera modullarının özəllikləri barəsində məlumat yoxdur. Lakin 5 kamera sensoru qəliz mühitlərdə çəkiliş zamanı daha çox işığın əldə olunmasına imkan verəcək. Əsas texniki göstəricilərə gəldikdə isə smartfon 8 nüvəli Snapdragon 845 prosessoru, 6/8 GB RAM, 128/256 GB daxili yaddaş həcmi və 4150 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Smartfon çox güman ki, təmiz Android Pie əməliyyat sistemi vasitəsilə çalışacaq və Android Q-ə kimi yenilənəcək. Nokia 9 PureView smartfonu Nokia 6.2 modeli ilə birlikdə MWC 2019 sərgisində təqdim olunacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.