Texnologiya

"Facebook"la rəqabətə davam gətirməyən sosial şəbəkə bağlanır

2 Fevral 2019 15:09
1 Şərh     Baxış: 986
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Artıq fevralın 4-ündən etibarən yeni "Google+" hesablarının açılması dayandırılacaq

"Google" şirkəti "Google+" sosial şəbəkəsinin fəaliyyətini dayandırması ilə bağlı məlumat yayıb.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu məlumatlar "Google+" istifadəçisi olan şəxslərin email ünvanlarına göndərilib.

Şirkətin məlumatına görə, aprelin 2-si tarixində "Google+" fəaliyyətini dayandıracaq. Bu müddətə qədər istifadəçilərdən məzmun olaraq göndərilən foto və videoları yükləmələri xahiş olunur. Qeyd olunur ki, aprel ayından etibarən bir neçə ay müddətində hesabdakı məlumatların silinməsinə başlanılacaq. Məlumatlar silindikdən sonra isə hər hansı yolla onları geri qaytarmaq mümkün olmayacaq.

"Google" bunun səbəbini istifadəçilərin azlığı və onların tələblərinə cavab verə bilməməsi ilə izah edib.

Bundan başqa qeyd olunub ki, artıq fevralın 4-ündən etibarən yeni "Google+" hesablarının açılması dayandırılacaq.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.