Texnologiya

“WhatsApp”da hər kəsin gözlədiyi - YENİLİK

21 Yanvar 2019 20:19
6 Şərh     Baxış: 4 192
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"WhatsApp" messenceri mesaj göndərmə funksiyasını məhdudlaşdırıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu kompaniyanın vitse-prezidenti Viktoriya Qrant deyib.

"Bu gündən etibarən bütün dünyada istifadəçilər məlumatı yalnız beş ünvana yönləndirə bilər", - deyə o bildirib.

Messencer nümayəndəsinin sözlərinə görə, bu, saxta informasiyaların yayılması ilə mübarizə aparmağa imkan verəcək. Əvvəlcə bu funksiya eksperiment qismində yalnız Hindistanda istifadə olunurdu. Belə ki, son iki ildə həmin ölkədə 40-dan çox insan barələrində saxta informasiya yayıldığı üçün qətlə yetirilmişdi.

Xatırladaq ki, əvvəllər "WhatsApp" messenceri ilə mesajı 20 ünvana yönləndirmək mümkün idi.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.