Texnologiya

Yaponiya Çin texnologiyalarını ölkəyə buraxmamağa çalışır

16 Dekabr 2018 15:00
0 Şərh     Baxış: 1 744
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiya hökuməti mobil şəbəkələrin operatorları üçün ultra-sürətli 5G formatlı telekommunikasiya tezliklərinin bölünməsi zamanı ilk növbədə təhlükəsizlik məsələsinin nəzərə alınacağı barədə xəbərdarlıq yayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Yaponiya Rabitə Nazirliyi gələn ilin martında 5G şəbəkələr üçün tezliklərin ayrılmasını planlaşdırır.

Mütəxəssislərin bildirdiyinə görə, hökumət tərəfindən müəyyən edilən qaydalar şəkilində yayılan bu xəbərdarlıq yapon mobil operatorların öz yeni şəbəkələrində Çinə məxsus telekommunikasiya avadanlığından istifadə olunmasına qarşı yönəlib. Həmin qaydalarda şəbəkənin planlaşdırılması və avadanlığın alınması zamanı təhlükəsizlik və etibarlılıq əsas şərt kimi irəli sürülür. Bu qaydalar Çinin IT nəhəngləri olan "Huawei" və "ZTE" şirkətlərini yapon bazarına buraxmamaq məqsədi daşıyır.

Yaponiyada dörd şirkət - "NTT Docomo", "KDDI", "SoftBank" və "Rakuten" şirkətləri 5 G şəbəkəsinin operatoru olmağı planlaşdırır. Onlar avadanlığın alınması zamanı hökumətin təyin etdiyi yeni qaydalara əməl edəcəklərini bildiriblər.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.