Texnologiya

Elon Musk, Tesla.com domeninin qiymətini açıqladı - Fantastik məbləğ

12 Dekabr 2018 21:13
0 Şərh     Baxış: 1 570
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2016-cı ildə Elon Musk, Tesla.com adlı domeni Stu Grossman-dan almışdı.

Milli.Az Technote-a istinadən bildirir ki, həmin vaxtda Musk-ın bu domeni hansı qiymətə aldığı məlum deyildi. Bir neçə gün öncə isə Musk domenin qiymətini açıqladı.

Beləliklə, Musk həmin domeni 11 milyon dollara alıbmış. O, həmçinin qeyd edib ki, TeslaMotors.com domeni onun xoşuna gəlmirdi. Onun sözlərinə görə Tesla.com domeni şirkətin inkişafına çox müsbət təsir göstərdi və onun həmin vaxtda buna yatırdığı vəsait artıq özünü doğruldub.

Tesla üçün bu domenin arzuolunan olması və Musk-ın sözlərinə görə müqavilənin bağlanmasının uzun və çətin olmasına baxmayaraq, yenə də o, domeni məhkəmə yolu ilə deyil sülh yolu ilə almağı seçdi. Qeyd etmək lazımdır ki, Tesla qeydiyyatdan keçirilmiş ticarət nişanına sahibdir və domeni məhkəmə yolu əldə etmək istəyi halında şirkət bunu arqument kimi istifadə edə bilərdi. Lakin Nissan.com domeni ilə vaxtı ikən baş vermiş məşhur hadisədən sonra qərbdən olan sahibkarlar domenləri məhkəmə yolu ilə deyil, sülh yolu ilə almağa üstünlük verirlər.

Qeyd etmək lazımdır ki, vaxt ikən Nissan şirkəti Nissan.com domenini əldə etmək hüququndn həmişəlik məhrum oldu. Belə ki, şirkət həmin domeni məhkəmə yolu ilə əldə etmək istəyirdi. Lakin məhkəmə həmin məsələdə domen sahibinin lehinə çıxış edəndən sonra domen sahibi Nissan.com-u heç bir məbləğ qarşılığında satmağa razı olmadı. Bununla yanaşı domen sahibi Nissan.com-da şirkətin antireklamını da yerləşdirdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.