Texnologiya

Samsung AddWash – qənaətli təmizlik

6 Dekabr 2018 10:00
Baxış: 1 364

Paltaryuyan maşın seçərkən, biz onun ölçüsü, enerji sərfiyyat sinifi, xüsusi proqram və funksiyalarının olması kimi məqamlara diqqət edirik. Samsung AddWash paltaryuyan maşınları ilə biz, seçim azadlığı əldə edərək, istəklərimizə uyğun modeli asanlıqla tapa bilirik.

AddWash-un əsas fərqləndirici cəhəti onun əlavə "qapısıdır".  Bu innovativ həll, yumanın istənilən hissəsində pauza düyməsini basaraq, unudulan geyimi əlavə etmək imkanı yaradır. Həmçinin, yaxalama rejimində əl ilə yuduğunuz paltarları və kondisioneri əlavə edə bilərsiniz.

Mətbəxinizin böyük və ya kiçik olmasından asılı olmayaraq, modellərin fərqli qabaritləri sayəsində evinizin hər bir santimetrini səmərəli dəyərləndirə bilərsiniz. Əlavə qapının köməyi ilə isə paltaryuyan maşınınızı havalandırmaq üçün daha əsas lyukdan istifadə etməniz tələb olmayacaq.

İnverter mühərriki ilə təchiz olunmuş AddWash seriyası, yuma effektivliyini artıraraq, enerji sərfiyyatını azaldır. İnverter mühərriki daha az sərfiyyatda vibrasiya və səs kimi göstəricilərin azalmasına gətirib çıxaran daha çox imkanlar təqdim edir. Sözügedən texnologiya, elektrik enerjisini qənaət etməyə kömək edərək, minimal elektrik enerjisi sərf edib maksimal işləmə gücü nümayiş etdirir.

AddWash paltaryuyan maşınları EcoBubble texnologiyası sayəsində paltarları sadəcə yumur, tər-tər-təmiz edir. EcoBubble generatoru yuyucu vasitəni aktiv köpüyə çevirir. Bu köpük isə öz növbəsində, istənilən yuyucu məhlulun parça liflərinə daha yaxşı daxil olduğundan, ləkələri tez təmizləyir.

Beləliklə, Samsung AddWash paltaryuyan maşınları, sakit, etibarlı və qənaətcil olaraq, hətta soyuq suda belə ləkələri qüsursuz təmizləyirlər. 

Samsung AddWash paltaryuyan maşınları haqqında əlavə məlumatı Baku Electronics, Kontakt, Maxi.az və Optimal mağazalar şəbəkəsindən əldə etmək olar.

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.