Texnologiya

Əgər sizdə köhnə model iPhone, iMac və MacBook-dursa EHTİYATLI OLUN - Hakerlər...

23 Noyabr 2018 20:56
0 Şərh     Baxış: 1 932
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Apple şirkətinin köhnə cihazlarının kiberhücumlara daha həssas olduqları məlum olub.

Milli.Az Technote-a istinadən bildirir ki, bu barədə kibertəhlükəsizlik texnologiyaları sahəsində fəaliyyət göstərən Security Xuanwu Lab. şirkəti xəbər verib. Şirkət mütəxəssislərinin verdikləri məlumata əsasən iOS 11.4.1 və ya daha əvvəlki əməliyyat sistemlərinə sahib iPhone modelləri hacker hücumlarına daha həssasdırlar. Bundan əlavə olaraq hackerlər macOS High Sierra 10.13.5 və ya daha əvvəlki əməliyyat sistemlərinə sahib iMac və MacBook modellərini də rahatlıqla hack etməyi bacarırlar.

Bu mövzuda əsas sistem boşluğu köhnəlmiş Safari brauzerinin təhlükəsizlik sistemindədir. Bu sistem boşluğu sayəsində hackerlər D hərfinin istifadə olunduğu veb səhifələrin və saytların saxta versiyalarını yarada bilirlər. Məsələn LinkedIn, Dropbox, Reddit, Wordpress və s. Beləliklə sadalanmış saytların saxta versiyalarında qeydiyyatdan keçmiş istifadəçilərin özəl məlumatları hackerlərin əllərinə keçir. Mütəxəssislərin verdikləri məlumata əsasən bu cür ehtimaldan yaxa qurtarmaq üçün sadəcə olaraq Apple cihazını sonuncu proqram təminatı versiyasına kimi yeniləməkdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.