Texnologiya

"Bakcell"in rəhbəri: "5 ildən sonra MMS və SMS ləğv oluna bilər"

19 Noyabr 2018 19:40
0 Şərh     Baxış: 2 367
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gələcəkdə insanlar telefonla daha az danışacaq.

Milli.Az bildirir ki, bunu "Bakcell" MMC-nin baş icraçı direktoru Nikolay Bekers Trend-ə müsahibəsində deyib.

N.Bekersin sözlərinə görə, mobil rabitə abunəçiləri səsli xidmətlərdən getdikcə az istifadə edir:

"Amma bu, o demək deyil ki, telekommunikasiya xidmətlərindən istifadə olunmayacaq. Bildiyiniz kimi, bu gün telefon portativ kompüter funksiyası daşıyır. İnsanlar daha çox müxtəlif messencerlərdən istifadə etməklə ünsiyyət yaradır".

N.Bekers onu da əlavə edib ki, qısa mesajla bağlı bəzi telekommunikasiya xidmətləri aktuallığını da itirməkdədir:

"Bu gün abunəçilər SMS xidmətindən daha az istifadə edirlər. Bu tam normal prosesdir və texnoloji inkişafla bağlıdır. Bu gün istifadəçilər messencerlərdən, videoxidmətlərdən istifadə edir. Biz MMS xidmətindən dərhal imtina etməyəcəyik. Amma mənim proqnozlarıma əsasən, yaxın 5 ildə həm MMS, həm də SMS xidmətləri ləğv oluna bilər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.