Texnologiya

“Apple” şirkəti “iPhone X”dəki qüsurlar barədə

10 Noyabr 2018 15:39
0 Şərh     Baxış: 1 526
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Apple" şirkəti "MacBook Pro 13" notbukları və "iPhone X" smartfonlarındakı qüsurlar barədə məlumat yayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bəzi "iPhone X" modellərində displeyin bir komponentinin sıradan çıxması nəticəsində sensor ekranda problemlər yarana bilər.

İstehsalçı şirkət bildirib ki, smartfonlar toxunuşa cavab verməyə və ya əksinə, heç toxunmadan işə düşə bilərlər.

Şirkət bildirib ki, bu problemi yaşayan alıcılar pulsuz ehtiyat displey ala bilərlər.

Bundan əlavə, "Apple" şirkəti bəyan edib ki, 2017-ci ilin iyul ayından 2018-ci ilin iyun ayına qədər satışa çıxarılmış "MacBook Pro 13" modelli noutbukların sərt diskinin işində də problemlər yarana bilər. Şirkət qüsurların aradan qaldırılması üçün "Apple"ın servis mərkəzlərinə müraciət etməyi tövsiyə edib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.