Texnologiya

Google şirkəti 2 yeni smartfon təqdim edə bilər - Gələn ilin əvvəlində

9 Noyabr 2018 17:37
0 Şərh     Baxış: 1 228
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gələn ilin əvvəlində Google şirkəti iki cihaz təqdim edə bilər.

Milli.Az Technote-ə istinadən bildirir ki, şirkətin yeni cihazları Bonito və Sargo kod adlarına sahibdirlər.

Sargo kod adına sahib cihaz barəsində məlumatlar ilk dəfə ortaya çıxırsa, Bonito kod adına sahib cihaz barəsində məlumatlar hələ Google Lens tətbiqinin yenilənməsində aşkar edilmişdi. Sözügedən cihazlar barəsində məlumatlar şirkətin ARCore platformasında aşkar edilib.

Bu platforma artırılmış reallıq özəllikli mobil tətbiqlər üçün nəzərdə tutulub. Məhz həmin platformanın siyahısında Bonito və Sargo kod adına sahib cihazlar dəstəklənənlər siyahısında idilər. Güman olunur ki, Bonito kod adına sahib cihaz nəticə etibarilə Pixel 3 smartfon modelinin daha sadələşdirilmiş versiyası olacaq və Snapdrgon 710 prosessoru ilə təchiz olunacaq. Sargo kod adına sahib smartfon barəsində isə məlumat çox azdır. Çox güman ki, o, şirkətin Pixel seriyasına aid olmayan ayrıca bir smartfon modeli olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.