Texnologiya

Zəhlətökən reklamlardan bezənlər üçün xoş xəbər

8 Noyabr 2018 18:32
0 Şərh     Baxış: 1 419
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Google Chrome" zəhlətökən reklamlarla və fişinqlə olduqca radikal üsullarla mübarizə aparacaq. 

Milli.Az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, bazarının yarıdan çoxunu əhatə edən brauzer, bu üsullardan istifadə edən bütün reklamları dayandıracaq.

"Google", "Chrome"-un 71 versiyası ilə gələn ay yeni bir sxem yayımlayacaq.

Sistem bu şəkildə çalışacaq: istifadəçilər şirkətə məhdudlaşdırılmış linklərdən, saxta reklamlardan, sistem mesajlarından, görünməz düymələrdən şikayət edə biləcəklər. Brauzer şikayətdən sonra sahibkarlara vəziyyəti düzəltmək üçün 30 gün vaxt verəcək. Bu müddət ərzində problem həll edilməsə, reklamlar dayandırılacaq.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.