Texnologiya

Pentaqon insan beyninə mikrokabel yerləşdirir - İnsan saçı ölçüsündə

16 Oktyabr 2018 20:52
0 Şərh     Baxış: 1 501
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pentagona bağlı "DARPA" (Təkmilləşdirilmiş Müdafiə Tədqiqat Layihələri Agentliyi) insan beynini və bədənini proqramlaşdırmaq, idarə etmək üçün tədqiqatlara davam edir.

Milli.Az Qaynarinfo-ya istinadən bildirir ki, layihədə yer alan biomedikal mühəndisi Castin Sançez bildirir ki, insan saçı ölçüsündə olan mikrokabel elektrodlarını insan beyninə yerləşdirməyə çalışırlar.

İlk sınaq iflic olmuş insanlar üzərində həyata keçiriləcək. Növbəti mərhələlərdəki hədəf kompüter vasitəsilə bir insanın düşüncəsinin digərinə transfer edilməsi, başqa şəxslərin fikirlərinin oxunmasına nail olmaqdır. 

Qeyd edək ki, "DARPA" 1958-ci ildə yaradılıb. Agentlik insan beyni və texnologiya sahəsində tədqiqatlarla tanınır.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.