Texnologiya

"WhatsApp" istifadəçilərinə xəbərdarlıq

12 Oktyabr 2018 20:56
0 Şərh     Baxış: 5 615

"WhatsApp" messencerinin istifadəçilərinə hesab məlumatlarına mümkün haker hücumları barədə xəbərdarlıq edilib.

Milli.Az azvision.az-a istinadən bildirir ki, şirkət nümayəndələrinin sözlərinə görə, "Android" və "iOS" əməliyyat sistemlərində işləyən mobil əlavələr təhlükəyə məruz qala bilər.

Mütəxəssislərin sözlərinə görə, zərərli proqram daxil olan videozəng cavablandırılan zaman işə düşür.

Mobil əlavənin ələ keçirilməsi üçün hakerlər "WhatsApp"ın dinamik yaddaşını özünə tabe edən yoluxdurulmuş "RTP" protokolundan istifadə edirlər.

Milli.Az
 

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.