Texnologiya

Sofiya adlı robot Bakıda "İnnovasiyalar həftəsi"ndə iştirak edəcək - FOTO

26 Sentyabr 2018 19:26
0 Şərh     Baxış: 1 046
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Oktyabrın 26-30-da Heydər Əliyev Mərkəzi və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə Azərbaycanda ilk dəfə beynəlxalq "İnnovasiyalar həftəsi" keçiriləcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bununla əlaqədar olaraq Heydər Əliyev Mərkəzinin, nazirliyin, Azərbaycan Kiberidman Federasiyasının nümayəndələri, "Keepface" və "FA International Trade Events" şirkətlərinin rəhbərlərinin iştirakı ilə mətbuat konfransı keçirilib.

"İnnovasiyalar həftəsi" çərçivəsində təşkil olunacaq sərgidə yüksək texnologiyalar sahəsində ən son yeniliklər nümayiş etdiriləcək, forumlar və müsabiqələr keçiriləcək. İştirakçılar həmçinin dünyanın ən inkişaf etmiş süni intellekt hesab olunan Sofiya adlı robotla ünsiyyət qura biləcək.

"FA International Trade Events" şirkətinin rəhbəri Nailə Babayevanın sözlərinə görə, Sofiya 60-dan çox üz ifadəsini təkrar etmək, müsahibi ilə göz əlaqəsi qura bilmək, insanları yadda saxlamaq və dialoqu davam etdirmək qabiliyyətinə malikdir:

"Sofiya Azərbaycan milli geyimində çıxış edəcək və qonaqları Azərbaycan dilində salamlayacaq".

Bundan başqa, Azərbaycan Kiberidman Federasiyası ilə birgə "Baku Open Cyber Cup" turniri keçiriləcək. Bu turnir çərçivəsində kompüter oyunları üzrə yarışlar təşkil olunacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.