Texnologiya

“Apple” rəhbəri yeni “iPhone”ların baha olmasını belə əsaslandırdı

24 Sentyabr 2018 20:44
0 Şərh     Baxış: 1 909
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Apple" şirkətinin rəhbəri Tim Kuk yeni "iPhone" modellərinin qiymətinin bahalığını onların indiyədək buraxılan ən mükəmməl smartfonlar olması ilə izah edib.

Milli.Az ICTnews-a istinadən xəbər verir ki, o, "iPhone XS" və "XS Max" modellərinin istifadəçi üçün bütün digər qurğuları əvəz edə bildiyini söyləyib:

"Smartfon istifadəçinin rəqəmli kamerasını əvəzləyib. Daha ayrıca kameraya ehtiyac qalmayıb. O, videokameranı, musiqi pleyerini əvəz edib. Smartfon bütün bu müxtəlif qurğuları əvəzləməklə böyük əhəmiyyətə malik olmağa başlayıb".

Qeyd edək ki, "Apple" şirkəti tərəfindən yeni "iPhone XS", "XS Max" və "XR" modelləri sentyabrın 12-də təqdim olunub. "iPhone Xr" 749 dollar, "iPhone Xs" 999 dollar, "iPhone Xs MAX" isə 1099 dollardan başlayan qiymətlərlə 28 sentyabrdan etibarən satışa çıxarılacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.