Texnologiya

“Ağıllı şalvar” hazırlandı - Yerimə zamanı əlavə köməklik göstərəcək

13 Sentyabr 2018 20:24
0 Şərh     Baxış: 1 238

Bristol Universitetində çalışan britaniyalı alimlər qrupu "süni əzələ" həlli inteqrasiya edilmiş "ağıllı şalvar" üzərində işləyir.

Milli.Az ICTnews-a istinadən xəbər verir ki, texnoloji yenilik əlillərə və yaşlı insanlara hərəkətlilik probleminin öhdəsindən gəlməyə kömək edəcək.

Yeni texnologiya hərəkət etməkdə çətinlik çəkən insanlara yerimə zamanı əlavə köməklik göstərəcək. Bundan başqa, alimlər bildiriblər ki, "ağıllı" şalvarlar əlillərə əlil arabasından ayağa qalxmağa və pilləkənlərlə yuxarı qalxmağa kömək edəcək. Bundan başqa, yeni texnologiya, həmçinin geyinmə prosedurunu asanlaşdıracaq.

"Telegraph" nəşrinin məlumatına görə, Böyük Britaniyada dayaq hərəkət sistemi pozğunluqlarından əziyyət çəkən təxminən 10 milyon insan və insultdan əziyyət çəkən 1,2 milyon insan yaşayır.

Mütəxəssislərin sözlərinə görə, ixtira, hətta yaşlı insanları əlil arabasının istifadəsindən imtina etməyə imkan verəcək. Ancaq layihənin müəlliflərinin fikrincə, bunun reallaşmasına ən azı 10 il vaxt lazımdır.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.