Texnologiya

Tesla şirkətinin səhmdarları Elon Muskı məhkəməyə verdilər

14 Avqust 2018 08:21
0 Şərh     Baxış: 805
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tesla şirkətinin səhmdarları Elon Musk-a qarşı məhkəmə iddiası qaldırıblar. Buna səbəb isə Musk-ın Twitter hesabında Tesla şirkətini özəl şirkətə çevirmək üzrə paylaşımları olub.

Milli.Az technote.az-a istinadən bildirir ki, kollektiv məhkəmə iddiası San Fransiskonun federal məhkəməsində qaldırılıb. Məhkəmə iddiasını qaldırmış səhmdarların fikrincə Musk Twitter hesabında əsassız məlumatlar verməklə bazardakı səhm qiymətlərinin ani dəyişikliklərinə səbəb olub. Bu isə dəyərli kağızlar üzrə qanunvericiliyə zidd addımdır.

"Musk maliyyələşdirməni təmin etmədiyinə və əsassız məlumatlar verdiyinə görə Tesla səhmdarlarının satıcıları qiyməti süni şəkildə qaldırılmış səhmləri alaraq öz mövqelərini bağlamalı oldular" - deyə səhmdarlardan biri qeyd edib.
Tesla şirkəti isə öz növbəsində məhkəmə iddiası barəsində fikir bildirməkdən imtina edib. Onu da qeyd etmək lazımdır ki, Musk şirkətin ən böyük səhmdarıdır. Belə ki, o, səhmlərin 20%-nə sahibdir. Bir neçə gün bundan öncə Musk Twitter-də qeyd etdi ki, şirkət səhminin birini 420$-dan alaraq onu özəl şirkətə çevirməyi planlaşdırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.