Texnologiya

Yeni “Palm” smartfonundan YENİLİK - kompakt ölçülü olacaq

11 Avqust 2018 18:14
0 Şərh     Baxış: 891

İnternetdə məşhur "Palm" brendli yeni smartfon barədə məlumatlar dərc edilib.

Milli.Az bildirir ki, AZƏRTAC "ferra.ru" resursuna istinadla verdiyi xəbərə görə, "Pepito" kod adlı smartfonun istehsalçısı qismində "TCL Communication" şirkəti çıxış edəcək. Miniatür ölçüyə malik smartfon 720p təsvir ölçülü 3,3 düym diaqonallı "LCD" ekran və 800 milliamper/saat tutumlu akkumulyatorla təchiz olunacaq. Yeni qurğunun aparat əsasını "Qualcomm Snapdragon 435" prosessoru, 3 giqabaytlıq operativ və 32 giqabaytlıq quraşdırılmış yaddaş təşkil edəcək. Smartfon "Android 8.1 Oreo" əməliyyat sisteminin idarəetməsi ilə işləyəcək.

Xatırladaq ki, bu, 2011-ci ildə nümayiş etdirilən "Palm Pre 3" modelindən sonra buraxılan ilk "Palm" smartfonu olacaq. Əvvəlki məlumatlara görə, ilk vaxtlar yeni "Palm" smartfonunun satışı ilə ABŞ-ın "Verizon" operatoru məşğul olacaq.

ABŞ-ın məşhur "Palm" şirkəti "Palm OS" əməliyyat sisteminin idarəetməsi ilə işləyən miniatür fərdi kompüterlər və smartfonlar istehsal edib. 2010-cu ildə "HP" şirkətinə satılan istehsalçı müstəqil təşkilat kimi fəaliyyətini dayandırıb. 2014-cü ilin sonunda "Palm" brendi üçün hüquqlara Çinin "TCL" şirkəti sahib çıxıb. "Alcatel" və "BlackBerry" brendləri də "TCL" şirkətinə məxsusdur.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.