Texnologiya

Bioparçalanan kağız batareya yaradıldı - Alimlərdən möhtəşəm yenilik

11 Avqust 2018 16:50
0 Şərh     Baxış: 1 004
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Binqemton Universitetinin tədqiqatçıları bioparçalanan kağız batareya yaradıblar. Onun effektivliyi bütün analoji texnologiyaları geridə qoyur.

Milli.Az bildirir ki, AZƏRTAC-ın "naukatv.ru" saytına istinadla verdiyi xəbərə görə, elmi ictimaiyyətdə kağız batareyaların ekoloji alternativ qismində istifadəsi imkanı ilə bağlı uzun müddət müzakirələr aparılsa da, indiyədək təklif edilən texnologiyalar yetərincə olmayıb. Bundan başqa, onların hazırlanma prosesi mürəkkəb olub, eləcə də kağız batareyaların parçalanmaq qabiliyyəti şübhə altına alınıb.

Bu dəfə isə tədqiqatçılar tərəfindən kağız və texniki polimerlərin hibridindən istifadə edən kağız biobatareya hazırlanıb. Tədqiqatçılar qrupu suda batareyanın deqradasiyasını yoxlayıb, bu prosesi xüsusi qurğular və şərait olmadan və ya mikroorqanizmlər tətbiq etmədən işə sala bilib.

Polimer kağız konstruksiyalar çox yüngül, ucuz və elastik olur. Biobatareyaların istehsal prosesi çox sadədir və material tələblərdən asılı olaraq modifikasiyalara imkan verir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.