Texnologiya

Çexiyada ev dustaqları üçün elektron bilərziklər - cəza rejiminə nəzarət ediləcək

11 Avqust 2018 17:20
0 Şərh     Baxış: 1 078
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çexiyada ixtisaslaşdırılmış elektron bilərziklərin sınaqdan keçirilməsi yaxın həftələr ərzində başa çatacaq. 

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu bilərziklərlə ev dustaqlığına məhkum olunmuş şəxslərin cəza rejiminə nəzarət ediləcək.

Çexiya hakimlərinin sözügedən cəzanı gələcəkdə daha çox tətbiq edəcəkləri gözlənilir. Əslində, elektron bilərziklər sistemi 2006-cı ildən tətbiq edilməli idi. Ancaq bəzi səbəblərə görə bu proses dayandırıldı. Amma ləngimə layihənin icrasının ucuzlaşmasına gətirib çıxardı. Belə ki, dövlət sistem üçün 2 milyard kron yerinə bir neçə milyon kron ödəyəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.