Texnologiya

"Whatsapp"da çoxdan gözlənilən funksiya: stikerlər gəlir

17 İyul 2018 16:44
0 Şərh     Baxış: 4 826
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir çox məşhur messencerlər öz stikerlərini artıq çoxdandır ki, istifadəyə verib. Bu messencerlərə misal olaraq ICQ, WeChat, Skype, Facebook Messenger və Allo-nu gətirmək olar. Lakin Whatsapp-da sözügedən funksiya nədənsə indiyənə kimi reallaşdırılmayıb.

Milli.Az "technot"a istinadən bildirir ki, WABetainfo-nun məlumatlarına əsasən məşhur messencerin 2.18.218 nömrəli beta versiyasında stikerlər funksiyasının izləri aşkar edilib.

Qeyd etmək lazımdır ki, Whatsapp üçün sözügedən funksiyanın olacağı barədə ilk məlumat hələ bu ilin may ayında keçirilmiş Facebook F8 konfransında verilmişdi.

Lakin həmin vaxtda funksiyanın messencerə nə zaman əlavə olunacağı barədə məlumat verilməmişdi. Bununla belə, biz həmin stikerlərin messencerdə necə görünəcəyini görə bilərik. Hələki iki stiker siyahısının fotoları sızdırılıb: Bibimbap Friends və Unchi & Rollie. Çox güman ki, stikerlər funksiyası yaxın zaman ərzində aktivləşdiriləcək. Messencerin yeni versiyasında stikerlər mağazası aktiv olacaq. Həmin mağazadan müxtəlif stiker siyahılarını əldə etmək mümkün olacaq. Çox güman ki, bəzi stikerlər Facebook Messenger-dən inteqrasiya olunacaq. Lakin Whatsapp-a aid özəl stikerlərin də olacağı gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.