Texnologiya

Androidlər geolokasiya məlumatını özbaşına "Google"a ötürürmüş

24 Noyabr 2017 07:14
0 Şərh     Baxış: 779
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Android əməliyyat sistemi ilə işləyən smartfonların çoxu istifadəçinin yeri barədə məlumat toplayaraq, onu sistemin müəllifinə - "Google" şirkətinə göndərir. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, hətta geolokasiya opsiyası smartfonda söndürüləndə belə bu proses gedir.

Saytın yazdığına görə, Android bazasında işləyən telefonlar yaxınlıqda yerləşən və mobil siqnalın ötürülməsi üçün istifadə olunan baza stansiyaları barədə məlumat toplayır və bu informasiyanı "Google"a ötürür.

Şəxsi informasiyanın məxfiliyinə tərəfdar olan fəallar artıq bildiriblər ki, "Google" öz istifadəçilərinə xəyanət edib.

"Google" isə "Quartz" saytının yazısına cavab olaraq məlumat verib ki, istifadəçinin yeri barədə məlumat şirkətin serverlərində saxlanılmır. O, artıq söz verib ki, geolokasiya məlumatının ötürülməsini dayandırmaq üçün Android sisteminə dəyişikliklər edəcək.

Problem Android bazasında fon rejimində "Google Play Services" əlavəsinin işlədiyi telefonlara toxunub. Bu əlavə başqa proqramları yükləmək üçün lazımdır və çox vaxt Android telefonlarına istifadəçinin istəyindən asılı olmayaraq yüklənir.

"Google" etiraf edib ki, məlumatın ötürülməsi sürətini daha da artırmaq və keyfiyyətini yaxşılaşdırmaq üçün 11 ay ərzində mobil rabitənin baza stansiyalarında ünvanların toplanması ilə məşğul olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.