Texnologiya

Yutub-dan daha bir yenilik

22 Noyabr 2017 07:35
1 Şərh     Baxış: 1 798
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"YouTube" sosial şəbəkəsinin mobil telefonlar üçün istifadəyə verilən proqramında daha bir yenilik ediləcək.

Milli.Az xəbər verir ki, şirkətin yaydığı məlumata görə, mühəndislər mobil proqramda "qara rəngli" interfeysin tətbiqini aktivləşdirməklə, qaranlıqda "YouTube" servisində daha rahat video izləmək üçün şərait yaradacaqlar.

Sözügedən yenilik "OLED" displeyi ilə təchiz edilib. Bu tətbiqetmədə qara rəngin istifadə edilməsi elektrik enerjisinə qənaət üçün də əlverişli hesab edilir.

"YouTube"un masaüstü versiyasında artıq istifadə edilən qara rəngli interfeys tezliklə mobil qurğular üçün də aktivləşəcək. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.