Texnologiya

"iPhone X"-in baha olmasının səbəbi açıqlandı

21 Sentyabr 2017 20:48
0 Şərh     Baxış: 963
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Apple" korporasiyasının rəhbəri Tim Kuk "iPhone X" smartfonunun qiymətinin 1000 dollar olmasını məqbul hesab edir. 

Milli.Az lent.az-a istinadən bildirir ki, bu barədə o, ABC telekanalındakı teleşouda bildirib. 

"Bu, sizin əldə etdiyiniz texnologiya üçün məqbul qiymətdir", - deyə Kuk qeyd edib. O deyib ki, bir çoxları telefonun dəyərini dərhal ödəmirlər və tədricən ödəniş edirlər. Bundan başqa, bir çox alıcılar öncədən istifadə etdikləri smartfonu satır, satıcılar isə onlara endirimlər edirlər.

Kuk "iPhone X"-dəki "Face İD" təhlükəsizliyindən də danışıb. O bildirib ki, bütün məlumatlar ancaq cihazın özündə saxlanılır və "Touch İD"-də olduğu kimi heç yerə yüklənmir. 

Qeyd edək ki, "iPhone X" smartfonu Rusiya və digər ölkələrdə noyabrın 3-də satışa çıxarılacaq. Oktyabrın 27-dən isə bu smartfona sifarişlərin qəbuluna başlanılacaq. Onun qiyməti 79 990 rubl və ya 2 333 manatdan başlayacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.