Texnologiya

Hücumların sayı 280% artıb

15 Avqust 2017 08:35
0 Şərh     Baxış: 499
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Əşyalar interneti" ("Internet of Things", "IoT") sahəsinə aid qurğulara marağın kəskin çoxalması şirkət və təşkilatlar üçün kibertəhlükələrin artmasına səbəb olub. "F5 Networks" şirkəti tərəfindən keçirilmiş araşdırmanın nəticəsinə əsasən, son 6 ayda əşyalar interneti qurğularına edilmiş hücumların sayı 280% yüksəlib. Bu, əşyalar internet qurğularını yoluxduran və botnet yaradan "Mirai" adlı zərərverici proqram təminatının populyarlığı ilə bağlıdır.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, məlumata görə, edilmiş hücumların 93%-i 2017-ci ilin yanvar-fevralında həyata keçirilib, amma mart-iyun aylarında cinayətkarların aktivliyində  xeyli azalma müşahidə edilib. Ekspertlər hesab edirlər ki,, hakerlərin fəaliyyətindəki "sakitlik" onunla izah oluna bilər ki, onlar kəşfiyyat mərhələsini yekunlaşdırıblar və indi botnetin formalaşdırılması üzərində işləyirlər.
 
Göstərilmiş dövrdə əşyalar internet qurğularına edilmiş hücumların 83%-i İspaniya  ərazisindən həyata keçirilib. Hücumlar İspaniyanın "SoloGigabit" hostinq-provayderinə məxsus olan 10 IP ünvandan edilib. Əvvəllər Çin bu göstərici üzrə birinci yerdə qərarlaşmışdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.