Texnologiya

"WhatsApp"dan daha bir yenilik

17 İyul 2017 16:00
0 Şərh     Baxış: 2 226
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Populyar "WhatsApp" messenceri öz əlavəsində "YouTube" videolarını dəstəkləməyə başlayacaq. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, tərtibatçılar gizli imkanlara malik yeni funksiyanın sınaqlarına başlayıblar. 

Bu isə keçid olmadan dərhal messencerin özündə populyar video hostinqdə videoya baxmaq imkanıdır. Yeni funksiyanı artıq əlavənin 2.17.40 versiyasında istifadə etmək mümkündür. Videoçarxlar birbaşa olaraq əlavədə açılır və "WhatsApp" istifadəçilərinin əlavə proqramlardan istifadə etmək işini asanlaşdırır. 

Bu beta versiyanın istifadəçiləri "YouTube" çarxını fasiləsiz istifadə edərək bu videonun pəncərəsinin həcmini dəyişə, onu tam bağlı və ya tam həcmli ekranlı rejimdə göndərə də biləcəklər. Ancaq bu funksiya hələlik ancaq iOS əməliyyat sistemi ilə işləyən, "iPhone 6" cihazlarından başlayaraq daha yuxarı versiyalarda istifadə üçün yaradılıb. 

"Android" və ya "Windows Phone" əməliyyat sistemi ilə işləyən cihazlar hələlik yeni imkanlardan istifadə edə bilməyəcəklər. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.