Texnologiya

Sifəti az enerji ilə tanıyacaq - VİDEO

20 İyun 2017 07:51
1 Şərh     Baxış: 500

Koreya Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutundan (KAIST) olan mühəndislər qrupu tərəfindən hazırlanmış yığcam qurğu insan sifətini 97%-dək dəqiqliklə tanıyır. Aşağı enerji sərfiyyatı ilə səciyyələnən sözügedən qurğu gündəlik həyatda geniş tətbiq oluna bilər.
Milli.Az ICTnews-a istinadən bildirir ki, hazırda mövcud olan yüksək dəqiqlikli sifətin tanınması sistemlərinin işi üçün böyük hesablama gücü tələb olunur ki, bu da onların məhdud hesablama resurslarına və nisbətən zəif akkumulyatora malik mobil qurğularda effektiv tətbiqinə imkan vermir. Buna görə Koreya alimləri tərəfindən yaradılmış sistem insan sifətini yüksək dəqiqliklə tanımaqla yanaşı, həmçinin daha az enerji tələb edir.

"K-Eye" adlandırılmış sistem çox dəqiq neyron şəbəkəsi əsasında işləyir və şəkli fotosensordan əldə edərək onu ani olaraq təhlil edən (sifəti fondan ayırır) xüsusi analoq prosessordan ibarətdir. Bundan sonra bu fraqment "KAIST" tərəfindən hazırlanmış və bilavasitə sifətin tanınması ilə məşğul olan "CNPP" adlı rəqəmli prosessora ötürülür.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Sifəti az enerji ilə tanıyacaq

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

1 Şərh:

  • Anonim
    ❤ Nara ❤ · 20 İyun 07:5400

    Hec ne bawa duwmedim.Biri meni bawa salsin.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.