Texnologiya

"Samsung UHD TV Curved – həyat göründüyü kimi"

17 İyun 2017 10:00
Baxış: 907
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Artıq uzun zamandır ki, biz televizoru, sadəcə, seyr etmirik, belə ki, televizor artıq multimedia mərkəzinə çevrilib. Müasir seyrçi çox tələbkardır və ona artıq yeni funksiyalar, daha təbii və təkmilləşdirilmiş görüntü lazımdır. Adı televizorlarla biz cihazın hara asılacağı və təsvirin "işıldamaması" üçün ekranın dönmə bucağını necə tənzimləyəcəyimizi düşünürdüksə, indi artıq Samsung istehsalı olan yeni "qövsvari" ekranla bizə sadəcə seyrdən həzz almaq qalır. SamsungUHD TV Curved-in xüsusi qövsvari forması eyni məsafədə yerləşən baxış nöqtəsindən ekranın bütün sahəsini görmək üçün imkan yaradır ki, bu da öz növbəsində hətta küncdə beləyerləşən detalları daha aydın seçməyi mümkün edir. Genişlənmiş vizualizasiya ilə yanaşı UHD TV Curved, həmçinin görmə qabiliyyətinizin qeydinə qalaraq, gözlərinizi yormur.

SamsungUHD TV Curved qövsvarı ekranı vizual şəkildə seyrçini tam olaraq əhatə edərək, ekranda baş verən atmosferə dalmasını təmin edir. Bundan Əlavə yeni SamsungUHD TV Curved-də Full HD icazəsindən 4 dəfə üstün olan və ötürülən siqnalın keyfiyyətindən asılı olmayaraq, proqramların və filmlərin canlandırılmasının əla keyfiyyətinə zəmanət verən, görüntü keyfiyyətini avtomatik yaxşılaşdıran innovasiya texnologiyası istifadə olunur. İlk növbədə, bu texnologiya mövcud mənbənin siqnalını HD və ya SD olmasından asılı olmayaraq, qəbul edərək təhlil aparır. Bundan sonra o, videonun "görüntü pozulması"nı azaldıb, icazəsini yüksəldərək, detallaşdırmasını artırır. Samsung-un UHD televizorları keyfiyyətindən asılı olmayaraq seyr etdiyiniz hər bir video görüntüsünü Ultra HighDefinition keyfiyyətinə yaxın olan təsvirə qədər yaxşılaşdırma imkanı yaradır.

SamsungUHD TV Curved-də unikal və müasir texnologiyalardan istifadə olunub. Buna misal olaraq Auto Depth Enhancer görüntünün dərinlik hissini xeyli artırır. Sözügedən bu texnologiyanın iş prinsipi parıltı və rəngin təfərrüatının incələnmə yolu ilə hər kadrın zonalara bölünməsinə əsaslanır, belə ki, hər bir kadr 3 zonaya bölünür - fon, mərkəz və frontal. Bundan sonra, tamaşaçının görüntünü daha maraqlı və canlı seyr etməsi üçün, Auto Depth Enhancer kontrastlıq səviyyəsini avtomatik optimizasiya edərək, təsvirin gücləndirilmiş dərinliyini təmin edir.

Samsung UHD TV Curved-in inanılmaz parlaqlığı HDR texnologiyası vasitəsi ilə təmin edilir. "Genişlənmiş dinamik diapazon" ("High Dynamic Range") - verilən təsvir keyfiyyətini qoruyaraq, seyrçiyə görüntünü olduğu kimi çatdırmaq imkanı yaradan dinamik rəng ötürmə diapazonudur. UHD TV Curved-in diapazonunun genişləndirilməsi milyardlarla incə rəng çalarlarının canlandırılmasını təmin etdi. Belə ki, rəng çalarlarının ötürülmə diapazonu ağ rəngin daha ağ, qara rəngin daha qara və hətta qaranlıq səhnələrdə belə bütün rəngləri seçmək imkanı yarada biləcək qədər genişləndirilmişdir.

SamsungUHD TV Curved spesifikasiyasında ActiveCrystalColorfunksiyası vardır ki, onun sayəsində görüntünün rəng palitrasını genişlənir və ekranınızda olan kontent daha da canlı görünür. Active Crystal Color texnologiyası işiqlandırmanın yaxşılaşdırılması sayəsində qırmızı və yaşıl rəngi gücləndirərək, dolğun rəng ötürməsini təmin edir. Eyni zamanda bu texnologiya enerji sərfiyyatının azalmasına da səbəb olur.

Həmçinin, SamsungUHD TV Curved hər bir evə bəzək verən qüsursuz bir dekor elementidir. Bu, adi bir televizor yox, özündə müasir stili, qövsvarı ekranı və yüksək keyfiyyətli materialları birləşdirən sənət əsəridir. Düşünülmüş dizayner həlli sayəsində SamsungUHD TV Curved hər bir interyeri həmahəng şəkildə tamamlayır.

SamsungUHD TV Curved televizorları haqda əlavə məlumatı: BakuElectronics, Kontakt Home, Maxi.az,OptimalvəSolitonmağazalar şəbəkəsindən əldə etmək olar.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.