Texnologiya

"WhatsApp" ən böyük problemi həll edir

17 Aprel 2017 11:50
0 Şərh     Baxış: 1 347

"WhatsApp" çoxları üçün problemə çevrilən daha bir problemi həll etməyə başlayır.

Milli.Az istipress-ə istinadən xəbər verir ki, "WhatsApp"ın istifadə edildiyi telefon nömrəsinin dəyişməsi istifadəçilər üçün ciddi problem yaradırdı. İndi "Windows Phone" cihazlar üçün olan beta versiyanın tədbiqdə telefon nömrəsinin dəyişməsini siyahıdakı insanlara xəbər verən yenilik test edilməyə başlanılıb. 

"WhatsApp"ın telefon nömrəsinə bağlı olması və həmin nömrənin hər hansı səbədən bağlanması istifadəçilər üçün ən çox problem yaradan məsələlərdən biridir. Yenilik bu barədə insanlara avtomatik xəbərdarlıq edən sistemə əsaslanır. 

Təbii ki, istənməyən şəxslərə nömrənin göndərilməsinin qarşısını alan sistem də hazırlanıb. "WhatsApp" yeni özəlliyini aktiv etdikdən sonra istifadəçilər qarşısında 3 seçim olacaq. Onlardan biri siyahınızdakı bütün insanlara, ikincisi ancaq söhbət etdiyiniz şəxslərə yeni nömrənizin göndərilməsidir. Üçüncü versiya isə heç kimin yeni nömrədən xəbər tutmamasıdır.

Hələlik bu özəllik ancaq "Windows Phone" ya da "Windows 10 Mobile" istifadəçiləri üçün hazırlanıb. Bir müddət sonra "Android" və iOS tədbiqləri üçün də yenilik əlçatan olacaq. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.