Texnologiya

Qadınların işini mətbəxdə asanlaşdıran yeni cihaz…

16 Mart 2017 17:33
3 Şərh     Baxış: 2 547
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qadınların mətbəxdə imtina edə bilmədikləri texnologiyalardan biri də qabyuyan maşınlarıdır. Amma Vapure Steam Washer adlı buxar texnologiyası sayəsində qabyuyan maşınları da demək olar ki, ikinci plana atılacaq.

Suyu daha qənaətli istifadə edən, mətbəxdə keçirdiyimiz zamanı qısaldan qabyuyan maşınlarının, istədiyimiz nəticəni göstərə bilməsi üçün dolana qədər gözləməmiz lazımdır. Əks halda suya qənaət etmək mümkün olmur. Amma yeni təqdim olunan Vapure Steam Washer adlı texnologiya isə su buxarını istifadə edərək qabyuyan maşınlarının, su ilə dolmasını gözləmə problemini aradan qaldırır.

Olduqca kiçik bir dizayna sahib olan bu cihaz, mətbəxin hər hansı bir yerinə yerləşdirilə bilir. Əlinizin altındakı kiçik qab-qacaqları sürətlə təmizləyir və eyni zamanda da onları qurulayır. İstədiyiniz yerə daşıya biləcəyiniz bu cihaz, isti buxarın köməyi ilə bakteriyaları yüzdə 99 faiz öldürür. Bundan başqa yumaqda çətinlik çəkdiyiniz stəkan, qrafin və şüşə kimi qabları sürətlə təmizləyir.

Cihaz 800 ml su ilə işləyir və bir günlük qabları yuyarkən bir litr sudan daha az su sərf edir. Beləliklə də siz həm vaxta həm də pulunuza qənaət edirsiniz.

Irrsyah Ismail tərəfindən təchiz edilən Vapure Steam Washer cihazının qiyməti barədə isə hələki heç bir məlumat verilmir.

Bu barədə daha ətraflı bilmək və eyni zamanda həftə ərzində texnologiya dünyasında baş verən yeniliklər haqda xəbərdar olmaq istəyirsinizsə, o zaman mütləq "Texno Park"ı izləyin. 

"Texno Park" bazar günü saat 16:00, təkrarı isə çərşənbə axşamı, saat 21:00-da Zaur Əliyevin təqdimatında, Lider kanalında!

https://www.youtube.com/TexnoPark

https://www.facebook.com/AZTexnoPark/

Kanalların lideri olan Lider kanalını peyk vasitəsilə aşağıdakı parametrlərdən istifadə etməklə izləyə bilərsiniz:

Azerspace 1 46° E. Tezlik-11135, Polyarizasiya-H, Axın sürəti-27500, FEC 5/6

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Qadınların işini mətbəxtdə asanlaşdıran yeni cihaz...

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.