Texnologiya

Uçan avtomobillər satılacaq - VİDEO

16 Fevral 2017 07:31
1 Şərh     Baxış: 2 025
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"PAL-V" şirkəti öz vədinə sadiq qalaraq uçan avtomobil istehsal edib. Çoxsaylı uğurlu sınaq uçuşlarından, ABŞ və Avropa avtomobil və aviasiya standartlarına aid bütün problemlərin həllindən sonra şirkət "PAL-V Liberty" uçan avtomobillərinə ilkin sifarişlərin qəbuluna başladığını elan edib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, "PAL-V Liberty" uçan avtomobili üçtəkərli avtomobil və vertolyotun birgə hibrididir. Avtomobilin içərisində ikiqat güc transmissiyası əsasında yaradılmış "Rotax" mühərriki qurulub: mühərriklərdən biri yollarda hərəkət üçün, digəri isə uçuşlar zamanı istifadə olunur.

Avtomobil rejimində vint korpusun daxilində gizlədilir, qanadların yığılmasına baxmayaraq,  üst hissədə görsənir. Bu rejimdə mühərrik saatda 160 km sürətlə hərəkət edə bilir.

Sürücü uçmazdan öncə avtomobili hazırlamalıdır. İstehsalçıların məlumatına görə, bütün bu prosesə 5-10 dəqiqə vaxt sərf olunur. Vertolyot rejimində mühərrik saatda 180 km sürətlə uçur. Maksimum uçuş hündürlüyü 3500 metrdir.

Şirkət "PAL-V Liberty" uçan avtomobilinin ilk versiyalarını təxminən 600 min dollar satmağı planlaşdırır. Ancaq təxminən 1 il sonra çıxarılacaq "Sport" modelinin dəyəri 400 min dollar təşkil edəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Uçan avtomobillər satılacaq

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.