Azərbaycanda bütün məktəblər bu ilin sonunadək internetlə təmin olunacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
APA-nın Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən verdiyi məlumata görə, "Azərbaycanda 2013-cü ilin "İKT ili" elan edilməsi ilə bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi üzrə Tədbirlər Planı"nda əsas bəndlərdən biri də ölkədə elektron təhsil həllərinin tətbiqinin genişləndirilməsidir.Bu ilin sonunadək Azərbaycanda bütün məktəblərin internetlə əhatə olunması planlaşdırılır
Bu sahədə aparılan işlərin bir istiqaməti kimi cari ilin sonuna qədər bütün məktəblərin internetlə əhatə olunması nəzərdə tutulur. Məktəblərin İKT ilə təminatı üzrə mövcud vəziyyətə gəlincə, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2012-ci ildə Azərbaycanda kompüteri olan məktəblərin sayı 3 897, o cümlədən şəhər üzrə 1 108, kənd üzrə 2 789 olub.
Kompüteri olan məktəblərin bütün məktəblərdə payı 87,2%, o cümlədən şəhər üzrə 96,2%, kənd üzrə 84,1% təşkil edib. Orta hesabla bir kompüterə düşən şagirdlərin sayı ötən il ölkə üzrə 28, o cümlədən şəhər üzrə 26, kənd üzrə 31 nəfər olub.
Telefonla təmin olunmuş məktəblərin bütün məktəblərdə payına gəlincə, ölkə üzrə bu göstərici 62,9%, o cümlədən şəhər üzrə 84,5%, kənd üzrə 55,4% olub.
İnternetə çıxışı olan məktəblərin sayına gəlincə, belə məktəblərin sayı respublika üzrə 1 884, o cümlədən şəhər üzrə 882, kənd üzrə 1 002 olub.
Beləliklə, internetə çıxışı olan məktəblərin bütün məktəblərdə payı respublika üzrə 48,3%, o cümlədən şəhər üzrə 79,6%, kənd üzrə 35,9% təşkil edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Robotların sayı 5 milyonu keçdi
-
ChatGPT-də geyimləri virtual sınaqdan keçirmək mümkün olacaq - (Foto)
-
Bill Qeyts: Bu olsa, ev heyvanları kimi olacağıq
-
"Instagram"da hekayənizi kimin izlədiyini artıq dərhal öyrənə bilərsiniz
-
100% görmə əngəlli olsanız belə, bu implantla görəcəksiniz - İlon Maks açıqladı
-
İnterneti Wi-Fi olmadan paylaşmağın yolu
XƏBƏR LENTİ
-
Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma
-
"Kadir" "Eşref"i tək qoymayacaq
-
Problemli kreditlərin həcmi artır - Səbəb nədir? - (Video)
-
İsmail Kartal: "Bakıda qələbə qazanmaq və ya məğlub olmaq önəmli deyildi"
-
“Fənərbaxça”dan Azərbaycanla bağlı paylaşım
-
Zelenski: Putin ABŞ-yə yeni şərtlər qəbul etdirməyə çalışır
-
Bəxtiyar Əsgərov işdən çıxarıldı, yoxlamalar başladı
-
Cəbrayılın işğaldan azad edilməsindən 6 il ötür
-
Günün qoroskopu: Özünüzü müdafiə etmək üçün cəsarətli olun
-
Bakıda kanatla sərnişindaşıma olacaq - (Video)
-
Paltaryuyan maşına 1 ovuc düyü qoyun və fərqi görün
-
Danla Bilic yenidən əməliyyat olundu - (Foto)
-
Tovuzda qadın evdə yanaraq ölüb, oğlu saxlanılıb - (Video)
-
Filosof İoanna Kuçuradi vəfat edib
-
Fatih Terimin ayaqqabısı dəfndə parçalandı - (Video)
-
Bruno Fernandeş Ronaldu barədə sükutu pozdu
-
Zelenski: Rusiyanın neft emalı zavodlarına zərbələri ikiqat artıracağıq
-
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
-
“Fənərbaxça” “Turan Tovuz”u məğlub etdi - Yenilənib - (Video)
-
Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı
-
"Turan Tovuz" - "Fənərbaxça" oyununda dava düşdü, matç yarımçıq qaldı - (Video)
-
Bakıda aşan avtobusda xəsarət alanların vəziyyəti açıqlandı - Yenilənib - (Video)
-
Gəncədə yanıq xəsarətləri alan bacı-qardaşın vəziyyəti məlum olub - Yenilənib
-
"İnsan necə "qudurarmış" - Elza Seyidcahan





