Texnologiya

Ən etibarlı kompüter markaları hansılardır?

23 Noyabr 2012 17:19
3 Şərh     Baxış: 23 652
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Milli.Az ICTnews-a istinadən bildirir ki, reytinqdə 78 faiz bal toplamış "Apple" şirkəti amerikalı istehlakçılar arasında ən böyük məmnunluq dərəcəsinə malik ticarət markası seçilib. Sonrakı yerlərdə 59 faiz göstəriciyə malik "Dell" və "Lenovo" şirkətləri yer alıb. "Acer", "Asus", "Emachines", "HP", "Gateway" və "Toshiba" şirkətlərinə isə az etibar edirlər; onların göstəriciləri 54-56 faiz arasında dəyişilir.

Nüfuzlu nəşrin icmalçıları "Apple" şirkətinin rəqibləri qarşısındakı bəzi üstünlüklərini (qabaqcıl dizayna malik daha keyfiyyətli kompüterlər və yeni bahalı texnologiyaların tətbiqi) açıqlayıblar. 2012-ci ilin üçüncü rübündə Kaliforniya korporasiyası 4,9 milyon ədəd "Mac" kompüteri satıb.

"Apple" rəqiblərini texniki dəstək xidmətinin keyfiyyətinə görə də üstələyib. Şirkət problemlərin təxminən 75 faizini həll edib. Müqayisə üçün, ən yaxın izləyicisi "Dell" şirkəti müştərilərinin problemlərinin yalnız 61 faizinin öhdəsindən gələ bilib."Apple" stolüstü FK-in etibarlılığı nominasiyasında da birinci pillədə qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.