Alimlərdən yeni kəşf: Teleportasiya mümkün oldu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Alimlər kvant kompüterləri arasında məlumat ötürərək teleportasiya ( materiyanın bir yerdən başqa yerə ani şəkildə köçürülməsi prosesidir - red ) sahəsində mühüm irəliləyiş əldə etdiklərini bildiriblər.
Milli.Az xəbər verir ki, bu, kvant teleportasiyasının ilk uğurlu təcrübəsi deyil. Daha əvvəl beynəlxalq komandalar məlumatların bir yerdən başqa yerə teleportasiya yolu ilə necə köçürülə biləcəyini nümayiş etdirmişdilər. 2023-cü ilin sonunda alimlər görüntünü fiziki olaraq göndərmədən işıq vasitəsilə teleportasiyanı reallaşdırmışdılar.
Oxford Universitetinin tədqiqatçıları bir-birindən təxminən 1,8 metr məsafədə yerləşən iki kvant prosessoru arasında uğurla teleportasiya etməyə nail olublar.

Alimlər işıq zərrəciklərindən (fotonlardan) istifadə edərək iki müstəqil cihaz arasında ortaq kvant bağlantısı qurmağı bacarıblar. Bu, iki prosessorun eyni alqoritmi paylaşaraq hesablama tapşırıqlarını uzaqdan yerinə yetirməsinə imkan yaradıb.
Bu kəşf kvant kompüterlərinin yaradılmasına mane olan "ölçüləndirilmə problemini" həll edə bilər. Hazırda milyonlarla kübiti idarə edə biləcək tək bir kompüterin nəhəng ölçülərə malik olması tələb olunur ki, bu da əksər insanlar üçün belə sistemə sahib olmağı mümkünsüz edir.
Kübitlər (kvant bitləri) adi kompüterlərin ənənəvi bitlərini əvəzləyir. Yeni kəşf isə bu anlayışı dəyişdirir və alimlərə məlumatları tək bir nəhəng maşın əvəzinə daha kiçik cihazlar arasında ötürmək imkanı yaradır.
Tədqiqatçılar kvant kompüterlərinin həqiqətən inqilabi gücə sahib ola bilməsi üçün milyonlarla kübiti idarə etməli olduğunu bildiriblər. Ənənəvi bitlər məlumatları sıfır və birlər şəklində saxlayıb ötürsə də, kübitlər kvant fizikası prinsipləri sayəsində eyni anda hər iki vəziyyətdə ola bilirlər.
Bu səbəbdən kvant cihazları gələcəkdə kompüter sənayesində inqilab edə bilər, çünki onların işləmə sürətini əhəmiyyətli dərəcədə artırmaq potensialı var.
Bu, alimlərin kvant teleportasiyasını uğurla həyata keçirdiyi ilk təcrübə deyil. Daha əvvəl beynəlxalq tədqiqatçılar kübitləri fiziki olaraq hərəkət etdirmədən məlumatları bir yerdən başqa yerə ötürə bilmişdilər.
2023-cü ilin sonunda alimlər görüntünü fiziki olaraq göndərmədən, yalnız işıqdan istifadə edərək teleportasiyanı reallaşdırmışdılar.
Lakin Oxford komandası bildirir ki, bu, ilk dəfə kvant qapılarının (alqoritmlərin əsas elementləri) uzaq məsafələrə teleportasiyasının uğurla həyata keçirildiyi təcrübədir.
Qeyd edək ki, ənənəvi kompüterlərdə məlumatlar 0 və 1 şəklində saxlanılır, amma kvant kompüterlərində bu məlumatlar eyni anda həm 0, həm də 1 ola bilər. Bu da onların çox daha sürətli işləməsinə şərait yaradacaq. Alimlər bunun sayəsində kvant kompüterlərinin daha kiçik və əlçatan olmasına imkan yaratmaq istəyirlər. Çünki indiyə qədər çox böyük kompüterlər lazımdı ki, bu cür işləri görsünlər. Yəni, bu yeni kəşf kvant texnologiyalarının inkişafında mühüm bir addımdır və gələcəkdə kompüterlər daha sürətli və güclü ola bilər.
İslam
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Apple-ın yeni telefonunda ciddi səhv – Qiymətlər sürətlə düşür
-
Bakıdan Qazaxa 55 dəqiqəyə çatır - Dünyada ilk belə avtomobil
-
Smartfon Wi-Fi-ya qoşulduqda belə gigabayt "yeyir": dayandırmağın yolu
-
İlon Maskdan görmə qabiliyyətini tamamilə itirənlər üçün yeni cihaz
-
Apple dünyanın ən bahalı şirkəti oldu
-
Ən bahalı "iPhone"un əsas qüsurları açıqlandı
XƏBƏR LENTİ
-
Bakıda 30 yaşlı kişi faciəli şəkildə öldü
-
Qarışqalar qadının seyfdəki 50 min manatını yedilər
-
Sükan arxasında TikTok açan sürücülərə xəbərdarlıq
-
Uşaqpulu gözləyənlərə cavab - Gələn il də...
-
Qışda kombi problemi yaşamamaq üçün 5 vacib qayda
-
Rəqsanəyə ağır itki - (Video)
-
Azərbaycan XİN-dən Polşa ilə bağlı paylaşım - (Foto)
-
Azərbaycanda Aİ-95 istehsalı kəskin azaldı - Səbəb
-
Cinayətdə şübhəli bilinən 37 nəfər saxlanıldı
-
Təbii qaz bahalaşdı - Yeni qiymətlər
-
Məleykə Əsədova: "Qızım da ağlayırdı, mən də"
-
Qızıl və gümüşün qiyməti dəyişdi
-
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək - Rəsmi
-
Adınıza xəbəriniz olmadan kredit götürülərsə, borcu kim ödəməlidir?
-
70 kilo qızılla tutulan polkovnikdən xəbər var
-
Azərbaycan nefti ucuzlaşdı
-
Türkan Vəlizadə təyyarədə təhlükəli anlar yaşadı - (Video)
-
Dollar almaq istəyənlərin diqqətinə
-
Əməkhaqqı və pensiyalarla bağlı yenilik
-
"Brent" bahalaşdı
-
Paşinyan Türkiyəyə səfər edib
-
“Vicdan haqqı”nın aktyorunun əkizləri dünyaya gəldi - (Foto)
-
Noyabrın 4 şanslı bürcü
-
Pol Makkartni milyarder oldu





