Texnologiya

Ən populyar sosial şəbəkə hansıdır? - REYTİNQ

23 İyun 2012 12:33
7 Şərh     Baxış: 18 008
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az "PS Magazine"ə istinadən bildirir ki, araşdırmanın aparıldığı 137 ölkə arasında 126 dövlətdə ən populyar sosial şəbəkə Facebook-dur.
Avropada bu sosial şəbəkənin 232 milyon, Şimali Amerikada isə 222 milyon istifadəçisi var.
Facebook-da qeydiyyatdan keçirilmiş akkauntların toplam sayı 901 milyona çatıb.

Rusiyada ən populyar sosial şəbəkə "Vkontakte"dir. Sonrakı yerləri "Odnoklassniki" və "Facebook" tutur.
Facebook və Twitter-ə girişə qadağa qoyulduğu Çində ən populyar sosial şəbəkə 560 milyon istifadəçiyə malik Qzone-dur.
Tencent Weibo-nun  337 milyon, Sina Weibo-nun isə 334 milyon istifadəçisi var.

Dünyanın ən populyar sosial şəbəkələrinin reytinq siyahısı belədir:

1. Facebook
2. Qzone
3. Vkontakte
4. Tencent Weibo
5. Sina Weibo
6. Twitter
7. LinkedIn
8. Odnoklassniki
9. Zing
10. Drauggem

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.