Səhiyyə

Bu gündən qripə qarşı vaksinasiya tədbirlərinə başlanılıb

12 Oktyabr 2020 17:38
Baxış: 498
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gündən ölkədə qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik tədbirlərin, həmçinin infeksiya üzərində epidemioloji monitorinqin gücləndirilməsi məqsədi ilə vaksinasiya tədbirlərinə başlanılıb.

Milli.Az bildirir ki, bunu Trend-ə Azərbaycanın baş infeksionisti Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, bu vaksinasiya tədbirləri tibb işçiləri - həkim və orta tibb personalı, hamilə qadınlar, xroniki tənəffüs sistemi xəstəliyi olan 6 aydan böyük uşaqlar, orta və yaşlı insanlar üçün keçirilir.

T.Eyvazov bildirib ki, 2020-2021-ci ilin payız-qış mövsümündə respublikada qrip və kəskin respirator xəstəliklərə qarşı profilaktik tədbirlərin gücləndirilməsi üçün vaksinasiya tədbirləri bir ay ərzində həyata keçiriləcək.

Payız-qış aylarında adətən kəskin respirator virus infeksiyalarına yoluxma sayının artdığını deyən baş infeksionist vaksinasiyanın pandemiyaya qarşı əks epidemik tədbirlərdən biri olduğunu nəzərə çatdırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.