Səhiyyə

Kubalı həkimlər koronavirusla mübarizə üçün Bakıya yola düşüblər

13 İyul 2020 09:37
Baxış: 1 787
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

COVİD-19 virusu ilə mübarizə aparmaq 115 kubalı tibb mütəxəssisi Azərbaycana göndərilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Kubanın Xarici İşlər naziri Bruno Rodriges deyib.

Nazir bildirib: "Bu gün bizim 115 mütəxəssisimiz COVID-19 ilə mübarizəyə kömək etmək üçün Azərbaycana göndərilir. Briqada pandemiyaya qarşı mübarizədə Kubanın təcrübəsini bölüşəcək".

B.Rodrigesin sözlərinə görə, ümumilikdə, bu gün Kubanın tibb mütəxəssisləri dünyanın 20-dən çox ölkəsində pandemiya ilə mübarizəyə yardım göstərir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.