Səhiyyə

Bir qrup rusiyalı həkim pandemiya ilə mübarizədə kömək etmək üçün Azərbaycana gəlir

12 İyul 2020 10:39
Baxış: 1 660
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Universitetinin bir qrup rusiyalı mütəxəssis və könüllü həkimlər koronavirus pandemiyasına qarşı mübarizədə kömək etmək üçün Azərbaycana gəliblər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyinin mətbuat xidməti bildirib.

Məlumata əsasən, rusiyalı həkimlər Azərbaycan Respublikasının tibb işçiləri üçün məsləhətləşmələr aparacaq, xüsusi problemli bölgələrdə tibbi xidmətin göstərilməsi işinin təşkilinə köməklik göstərəcək, respublikada epidemioloji vəziyyəti sabitləşdirmək üçün ambulator və xəstəxana mərhələlərində koronavirus infeksiyasının müalicəsi ilə bağlı Rusiya təcrübəsi və yanaşmaları ilə bölüşəcəklər.

Həkim briqadasının tərkibinə pulmonoloqlar, revmatoloq və epidemioloq da daxil olmaqla beş mütəxəssis daxil olub. Qrupa Seçenov Universitetinin pulmonologiya kafedrasının müdiri, Rusiya Səhiyyə Nazirliyinin baş ştatdankənar pulmonoloqu Sergey Avdeev rəhbərlik edir:

"Seçenov Universitetinin həkimləri ilə birlikdə Azərbaycana Moskvanın tibb müəssisələrində, Odintsov, Norilskdə yaşayan və işləyən 17 həkim yola düşüb".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.