Səhiyyə

Azərbaycanda həkim ad gününü koronaviruslu xəstələrlə qeyd etdi - FOTO

15 İyun 2020 12:10
Baxış: 1 611
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda həkim öz ad günün koronaviruslu xəstələrin əhatəsində qeyd edir.

Milli.Az medicina.az-a istinadən bildirir ki, həkim Gülarə Abbasova COVİD-19 virusuna yoluxmuş xəstələrin müalicə edildiyi Mərkəzi Neftçilər Xəstəxanasının reanimasiya şöbəsinin müdiridir.

G.Abbasova ölkə ərazisində pandemiya başlayandan virusla mübarizədə ön cəbhədə olanlardan biri olub. Həkim artıq 70 günə yaxındır ki, ailəsindən uzaqda, izolyasiya şəraitində xəstələrə xidmət göstərir.

Xatırladaq ki, virusa yoluxanlar arasında həkimlər, o cümlədən adıçəkilən xəstəxananın əməkdaşları da var. Bunlardan biri də Nicat Əzimlidir. O özü ötən gün bu barədə açıqlama verib.

"Bu günkü 387 nəfərin içində mən də varam. Və ciyərlərimdə vəziyyət heç də yaxşı deyil. Hər bir ehtimalı nəzərə alaraq, sizə bir mesajı çatdırmağı özümə borc bilirəm. Xahiş edirəm, bizə inanın, insanlara bu virus yoxdu deyib, onları çaşdırmayın. Həkimlərə sayğı göstərin. Unutmayın sizin üçün həyatımızı riskə atmışıq. İnşallah, görüşmək ümidilə".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.