Səhiyyə

ÜST: Koronavirusun ikinci dalğası qaçılmaz deyil

3 İyun 2020 18:20
0 Şərh     Baxış: 722
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koronavirus infeksiyasının ikinci dalğası qaçılmaz deyil, preventiv tədbirlər qəbul etməklə bundan yan keçmək mümkündür.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional bürosunun direktoru Hans Klüge videokonfrans zamanı deyib.

O bildirib ki, daha çox ölkə pandemiya ilə əlaqədar tətbiq olunan məhdudiyyətləri götürməyə başlayıb və bu, ikinci dalğa təhlükəsini yaradır:

"Zəruri tədbirlər görülməsə, ikinci dalğa başlaya bilər və bu, daha dağıdıcı ola bilər. Amma yaxşı xəbər odur ki, biz birinci dalğa zamanı çox şey öyrəndik. İkinci dalğa yaransa, biz daha çox hazır olacağıq".

H.Klüge bildirib ki, məhdudiyyətləri mərhələli şəkildə aradan qaldırmaq və vəziyyəti daim nəzarətdə saxlamaq tövsiyə olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.