Səhiyyə

Azərbaycana 22 ədəd buynuz qişa transplantantı gətirilib

20 May 2019 13:07
0 Şərh     Baxış: 1 104
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Növbəti dəfə 22 ədəd buynuz qişa transplantantı respublikaya gətirilib.

Milli.Az xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, buynuz qişanın transplantantasiyası əməliyyatı akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzində (MOM) həyata keçirilib. MOM-un cərrahları Abdulaliyeva Fərəh, Həsənov Cəmil, Hüseynov Emil və Ağayeva Fidan tərəfindən 3 gün ərzində 22 uğurlu buynuz qışanın transplantasiyası əməliyyatı keçirilib.

Buynuz qişa, ilk növbədə, uzun illər korluğa məruz qalan imtiyazlı xəstələrə köçürülüb.

Azərbaycanın regionunda ilk dəfə olaraq, MOM-un Gəncə filialında buynuz qişanın transplantasiyası cərrahi əməliyyatı uğurla həyata keçirilib.

Bütün əməliyyatlar uğurla, fəsadsız başa çatdırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.