Səhiyyə

Kliniki Tibbi Mərkəz: "Gürcüstanda insanların ölümünə "donuz qripi" səbəb olmayıb"

11 Yanvar 2019 15:18
0 Şərh     Baxış: 2 218
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Donuz qripin"ə qarşı vaksin yoxdur, ölkəyə belə bir vaksinin gətirilməsi barədə məlumatlar düzgün deyil.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin infeksion qəbul şöbəsinin müdiri Mahir Rəhimov bildirib.

Onun sözlərinə görə, dünyada mövsümi qripə qarşı vaksin istifadə edilir:
""Donuz qripi" ilə "quş qripləri" eyni növ qriplərdir. "Donuz qripi" ölümə səbəb olmur. Ancaq "donuz qripi"nə tutulmuş insan staflakok törədicilərinə də yoluxduqda bu, ölümə səbəb olur. Gürcüstanda insanların ölümünə "donuz qripi" səbəb olmayıb. Onların ölümünə staflakok tipli törədicilər səbəb olub".

Dünyanın hər bir yerində qripə yoluxma hallarının olduğunu deyən Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev deyib ki, 2006-cı ildən indiyədək Azərbaycanda kəskin respirator virus infeksiyaları ilə əlaqədar xüsusi palatalar ayrılıb.

Onun sözlərinə görə, Azərbaycanda müvafiq qurumlar tərəfindən qabaqlayıcı tədbirlər görülür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.