Səhiyyə

Bakıda “donuz qripi” fırıldaqçıları peyda olub - Əhaliyə xəbərdarlıq

10 Yanvar 2019 15:16
6 Şərh     Baxış: 1 840

Xətai, Suraxanı və Sabunçu rayonlarında yeni fırıldaqçılar peyda olub.

Milli.Az bildirir ki, sözügedən rayon sakinlərinin medicina.az-a verdiyi məlumata görə, bir neçə gənc əllərinə bir aparat götürərək binaların qarşısını gəzir. Onlar bloklara girərək guya "donuz qripi"nə qarşı dezinfeksiya apardıqlarını deyirlər. Həmin şəxslər qapıları döyərək dezinfeksiya etməyi təklif edir, bunun qarşılığında isə 2 manat pul istəyirlər.

Medicina.az-ın əməkdaşı məsələni dəqiqləşdirmək üçün Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ilə əlaqə saxlayıb. Qurumdan bildirilib ki, onlara belə bir tapşırıq verilməyib.

"Dezinfeksiya"nın aparıldığı rayonlardan biri - Suraxanı Rayon Dezinfeksiya İdarəsindən də fakt təkzib olunub. İdarədən qeyd olunub ki, onlarda da belə "fırıldaq"la bağlı məlumat var: "Bizə belə bir göstəriş yoxdur. Biz də eşitmişik ki, bir neçə oğlan gəzir, bloklara nəsə fısqırdır və sakinlərdən onların da qapısını "dezinfeksiya" eləmək üçün pul alırlar. Verənlər də olur, verməyənlər də. Bizə göstəriş verilməyib. Hətta bizə göstəriş olsa da, binalarda dezinfeksiya etmirik. Biz bağça, məktəb, xəstəxana, iaşə obyektlərini - yəni kütləvi yerləri dezinfeksiya edirik. Kimdirsə, pul yığmaq məqsədilə edir. Çünki qapını və bloku "donuz qripi"nə qarşı dezinfeksiya etmək mənasızdır. Sakinlər gələn şəxslərdən şəxsiyyət vəsiqəsi, işlədiyi yerin vəsiqəsini istəsin". 

Sakinlərə belə halla rastlaşdıqda hüquq-mühafizə orqanlarına müraciət etmələri məsləhət görülür.

Milli.Az

loading...

Şərh yaz:

6 Şərh:

  • Anonim
    .... · 10 Yanvar 15:2612

    Bacim oglu bizde idi, qapini acib 2 manat verib. ))

    Cavab yaz
    • Anonim
      # · 10 Yanvar 15:4620

      Bize de gelmishdiler) hetta imzali odenish hagda gebz de verdiler. Sonra gordum telefon nomre yoxdur, bildim firildagcidilar. 2 azn it aparan olsun

      Cavab yaz
  • Anonim
    .... · 10 Yanvar 16:2010

    Bacim oglu usaq deyil 16,17 yasi var)))

    Cavab yaz
  • Anonim
    ... · 10 Yanvar 16:3310

    Yasamalda da bele hall olub. cek de verirler. amma neyse fisqirdirlar.

    Cavab yaz
  • Anonim
    Anonimka · 10 Yanvar 19:0900

    Gəldi bir oğlan qapını döydü, dezinfeksiya edirik 2 manat verin dedi.Qapını açmadım, pulum yoxdur dedim, qonşunun qapısını döydü o da açmadı çıxıb getdi

    Cavab yaz
    • Anonim
      ...... · 10 Yanvar 22:5200

      Biraz olar gəldi.Tək idi.Formada idi.Dedim internetdə oxumuşam yeri get.Cıxdı getdı.Amma alt qonşu acdı.Qapısının agzını dərmanlayıb getdi.Elə də pis iyi var(

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.