Səhiyyə

İran Azərbaycanda özəl xəstəxanalardan birini icarəyə götürə bilər

13 İyul 2018 12:40
8 Şərh     Baxış: 1 026

İqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev Azərbaycanda səfərdə olan İranın səhiyyə, müalicə və tibbi təhsil naziri Seyid Həsən Qazizadə Haşeminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli.Az xəbər verir ki, İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, Ş.Mustafayev vurğulayıb ki, Azərbaycan və İranın dövlət başçılarının yüksək səviyyəli səfərlərinın, aparılan danışıqların nəticəsidir ki, ölkələrimiz arasında qarşılıqlı münasibətlər yüksələn xətlə inkişaf edir. Ölkələrimiz iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən ticarət, nəqliyyat, səhiyyə, sənaye, energetika, kənd təsərrüfatı, turizm, gömrük və s. sahələrdə uğurla əməkdaşlıq edirlər.

Ölkəmizdə yaradılan sənaye parkları və məhəllələri, yaradılmış infrastruktur və əlverişli imkanlar barədə məlumat verən iqtisadiyyat naziri bildirib ki, Pirallahı Sənaye Parkında İranla birgə "Caspian Pharmed" əczaçılıq məhsullarının istehsalı zavodunun yaradılması işləri davam etdirilir. Bununla belə, əczaçılıq məhsullarının istehsalı sahəsində İranın digər dərman istehsalı müəssisələri ilə də əlaqələr qurula bilər.

Azərbaycanın İranla digər sahələrlə yanaşı, səhiyyə sahəsində də əməkdaşlığa önəm verdiyini vurğulayan iqtisadiyyat naziri Ş.Mustafayev qeyd edib ki, İranın tibb sahəsində ixtisaslaşmış bir sıra ali təhsil müəssisələrinin rəhbərləri Azərbaycanda səfərdə olub, Azərbaycanın Tibb Universiteti və Təbriz Tibb Universiteti arasında Memorandum imzalanıb.

Görüşdə Azərbaycanda birgə dərman istehsalı, müalicə işinin birgə təşkili, səhiyyə sahəsində elmi-tədqiqatların aparılması, tibbi kadrların hazırlanması, İranın Azərbaycanda özəl xəstəxanalardan birini icarəyə götürməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

İranın səhiyyə, müalicə və tibbi təhsil naziri S.H.Qazizadə Haşemi Azərbaycana səfərindən məmnunluğunu ifadə edərək, İranda səhiyyənin, tibbi təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirlər və qazanılmış uğurlar barədə məlumat verib. Seyid Həsən Qazizadə Azərbaycanla səhiyyə sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb, dərman preparatlarının istehsalı üzrə müştərək müəssisələrin yaradılmasının önəmini qeyd edib.

Milli.Az

loading...

Şərh yaz:

8 Şərh:

  • Anonim
    Aydlndl · 13 İyul 13:493137

    İcareye tovle vermerem irana

    Cavab yaz
  • Anonim
    Daglı · 13 İyul 14:413136

    S.Vurgun bagındakı ayaqyolunun təmizlik işlərinə baxa bilərlər, qonşuluq xatirinə razılıq verirəm.

    Cavab yaz
    • Anonim
      Aydlndl · 13 İyul 15:212139

      Allah razl olsun.Fikrivi chatdiraram xumeyniye

      Cavab yaz
      • Anonim
        Daglı · 13 İyul 18:013132

        Zəhmət olmasa

        Cavab yaz
  • Anonim
    Iranli - Azeri · 16 İyul 09:5210

    butun sehrcilere , Allah qoysa en boyuk yeni tikilmekte olan xestexanalardan biri ve uje bitmek uzeredirki onu Iranli lar ve onlarin hekimleri idare edecek , AydlNDL misin nesin gozune girecek her gun yol ustundedir ozude :))))

    Cavab yaz
  • Anonim
    Lalə · 20 İyul 13:4600

    İranin neyi pis olsada tibb elmi çox inkişsf edib.

    Cavab yaz
  • Anonim
    Araşdirmaçi · 20 İyul 13:4800

    Men iranda hekimde olmuşam. Çox savadli vicdanli hekimleri var.

    Cavab yaz
  • Anonim
    Araşdirmaçi · 20 İyul 13:4900

    Bir qohumumu aparmişdim deri xesdeliyi ile elaqedar. Saqaldi şukur Allaha. 38 manat pul xercledim cemi

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.