Səhiyyə

Üç uşaq anası bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb

20 İyun 2018 21:11
2 Şərh     Baxış: 2 721
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəkidə gilas ağacından yıxılan üç uşaq anası ağır xəsarət alıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu gün günorta saat 16 radələrində rayonun Baş Zəyzid kənd sakini 1990-cı il təvəllüdlü Aygün Hidayət qızı Camalova aşağı ətrafların iflici xəsarəti ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

MRX-dan bildirilib ki, müayinə zamanı üç uşaq anası olan Aygün Camalovanın yaşadığı ünvanda gilas yığarkən ağacdan yıxılması məlum olub.

Aygün Camalovaya ilkin tibbi yardım göstərildikdən sonra müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.