Səhiyyə

ÜST-dan SOS! Yeni qlobal epidemiya yarana bilər - Adı "X xəstəliyi"

12 Mart 2018 14:27
0 Şərh     Baxış: 1 282
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni qlobal epidemiyanın yüksək ehtimalı barədə xəbərdarlıq edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hazırda alimlər və mütəxəssislər xəstəliyin yayılmasına səbəb ola biləcək patogenlərin tədqiqatını aparır.

Alimlərin fikrincə, bu, bəşəriyyətə məlum olan viruslardan yaranan xəstəliklər və ya indiyə qədər məlum olmayan xəstəlik ola bilər.

"İks xəstəliyi" adı verilən xəstəliyə məlum virusların daim mutasiya etməsi, heyvanlardan insana keçə bilən infeksiya, eləcə də laboratoriya şəraitində yaradılmış süni virusların oğurlanması səbəb ola bilər.

ÜST yaydığı məlumatda qeyd edib ki, alimlər "İks xəstəliyi" ilə mübarizə üsullarını hazırlayır. Lazımi reaksiya göstərilməyəcəyi təqdirdə bu xəstəliyin on milyonlarla insanın ölümünə səbəb ola biləcəyi ehtimal olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.