İşsiz qalan həmin həkimlərlə bağlı rəsmi AÇIQLAMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"2024-cü ildə rezidentura üzrə təhsilimizi tamamlamışıq və noyabrın 7-də yekun attestasiya imtahanından keçərək həkim-mütəxəssis ixtisasına yiyələnmişik. Lakin buna baxmayaraq, bizi işlə hələ də təmin etmirlər".
Bu şikayətlə "Qafqazinfo"ya Azərbaycan Tibb Universitetinin bir qrup məzunu müraciət edib.
Onların sözlərinə görə, qanunvericiliyə uyğun olaraq, Səhiyyə Nazirliyi tərəfindən rezidenturanı bitirən həkim-mütəxəssislərin təyinatı və iş yerinə göndərilməsi yekun attestasiyadan sonra 1 aydan gec olmayaraq həyata keçirilməlidir. Lakin həmin vaxtdan 2 aydan çox keçsə də, hələ də qanunvericiliyin tələbi yerinə yetirilmir.
"Biz 6 illik bakalavr və ixtisasdan asılı olaraq 2-5 illik rezidentura təhsilini uğurla başa vurmuşuq. Lakin bu proses səbəbsiz şəkildə nazirlik tərəfindən ləngidilib və yüzlərlə həkim-mütəxəssis işsiz qalıb. Bununla bağlı Nazirliyə tərəfimizdən dəfələrlə müraciət edilib, lakin müsbət cavab verilməyib. Nazirliklə yenə əlaqə saxlamağa cəhd edirik, "qaynar xətt" zənglərimizə cavab vermir, qəbula getdikdə isə suallarımıza cavab verəcək müvafiq səlahiyyətli şəxsin olmadığını və ya qəbula girməyin qeyri-mümkünlüyünü bildirirlər. Halbuki bütün tibb müəssisələrində ixtisaslı həkim çatışmazlığı mövcuddur. Kimlərinsə səhlənkarlığı səbəbindən gənc həkimlərə dövlətimizin yaratdığı imkanlardan tam istifadə etmək imkanı verilmir və bu vəziyyət onların hüquqlarının pozulması ilə nəticələnir", - şikayətçilər bildiriblər.
Problemlə bağlı Səhiyyə Nazirliyinə müraciət ünvanladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, həmin həkim-mütəxəssislər iş yerlərinə göndəriləcək.
Bununla bağlı Nazirliyin rəsmi saytında elan da yerləşdirilib. Qeyd olunub ki, 2024-cü ilin noyabr ayında aparılmış yekun attestasiyadan müvəffəqiyyətlə keçərək rezidentura təhsilini bitirmiş həkim-mütəxəssislərin iş yerlərinə göndərilməsi cədvəl üzrə keçiriləcək.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
XƏBƏR LENTİ
-
“Evdə soğan belə doğramıram” - Aytəkin Mərdanova - (Video)
-
Ərdoğan ABŞ-yə getdi
-
38 yaşlı kişi faciəvi şəkildə öldü - (Video)
-
Tələbələri təhdid edən şəxs yenidən universitetə bərpa olunacaq?
-
"Türkiyənin ən gözəl qadınını istəyən" general Ankara ilə əlaqələr kəsildi
-
Günün qoroskopu: Bütün işlərinizi sürətlə yoluna qoya biləcəksiniz
-
Bilgəhdə dənizdə batan gənclər yataqxanada qalırlarmış - Təfərrüat - (Video)
-
Matçdan öncəki məşq zamanı qorxulu qəza - (Video)
-
"Həddi bir az aşmışıq, üzr istəyirəm" - Rüfət Nasosnu - (Video)
-
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
-
İtaliyada niqab qadağan edilir
-
Zelenski Trampla Nyu-Yorkda görüşlə bağlı razılığa gəlib
-
Kadir İnanırın mirası açıqlandı
-
“Ela” və “Levent” 18 il sonra yenidən bir arada - (Video)
-
Məmmədəli Mehdiyev cüdo üzrə veteranlar arasında dünya çempionu olub
-
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - (Foto)
-
Göygöldə qadın qətlə yetirilib - şübhəli əridir
-
Macarıstanın baş naziri Peter Madyar ictimai tədbirdə hücuma məruz qaldı - (Video)
-
"Sumqayıt" "Kəpəz"lə heç-heçə edib
-
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - (Foto)
-
Madrid debisində “Atletiko” “Real”a qalib gəlib
-
Pakistanda keçmiş baş nazir İmran Xanın bacısı saxlanıldı
-
Alim Qasımovdan tənqidlərə reaksiya: "Üzeyir bizim qardaşımızdır"
-
"Fənərbaxça" "Eyüpspor"a qalib gəlib





