Sağlamlıq

Göbələkdən zəhərlənmənin əlamətləri

20 Oktyabr 2021 23:30
0 Şərh     Baxış: 2 667
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Meşə göbələyindən düzgün istifadə olunmadıqda zəhərlənməyə, hətta ölümə səbəb ola bilər.

Qaxda bir ailənin göbələkdən zəhərlənməsi və uşaqların ölümü bu təhlükənin nə dərəcədə ciddi olduğunu qabartdı.

Göbələk zəhərlənməsi xüsusilə yağışların bol olduğu dövrlərdə baş verir. Təbii mühitdə yetişən göbələklər arasında zəhərli olanlarına daha çox rast gəlmək olar. Zəhərli olan və olmayan göbələklərin görünüşündəki fərqlər isə ayırdedici xüsusiyyətə malik deyil. Bu səbəbdən də məlumatsız şəkildə yeyilən göbələyin zəhərlənməyə səbəb ola biləcəyi unudulmamalıdır.

Milli.Az göbələkdən zəhərlənmənin əlamətlərini təqdim edir.

Zəhərlənmə əlamətləri göbələyin tərkibində olan zəhərin xüsusiyyətlərindən asılı olaraq fərqli ola bilər. Əlamətlər bəzi göbələk növlərinin yeyilməsindən 2 saat sonra, bəzi növlərdə isə 6 saat sonra ortaya çıxır

Bu zaman:

- qarında ağrılar;
- insan yatır,
- təzyiq aşağı düşür
- gözdə toranlaşma;
- üz və boyunda qızarma;
- taxikardiya;
- ağızda metal dadı;
- tərləmə;
- ürəkbulanma;
- qusma. /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.