Sağlamlıq

Toyuğun dərisinin ziyanı

20 Oktyabr 2021 22:55
0 Şərh     Baxış: 1 815
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Zülallar və vitaminlərlə zəngin olan toyuq əti çox faydalı və diyetik məhsul sayılır. Lakin bunu əsasən təbii şəraitdə yetişdirilmiş toyuqlara aid etmək olar.

Milli.Az bildirir ki, toyuğun ən faydalı hissəsi döş əti sayılır. Onun tərkibində yağlar daha az, zülallar isə daha çoxdur. Zülallar gec həzm olunur və bu da insana daha uzun müddət ərzində özünü tox hiss etməyə imkan verir. Məhz bu səbəbdən toyuğun döş əti müxtəlif pəhrizlərdə çox geniş istifadə olunur.

Toyuğun ən ziyanlı hissəsi dəridir. Diyetoloqlar və həkimlər toyuğun bu hissəsini qəbul etməyi tövsiyə etmirlər. Bunun bir neçə səbəbi var:

- dəri yağlarla zəngindir və kalorilidir. Bu isə çəkisi artıq olan, qanda xolesterinin səviyyəsi yüksək olan insanlar üçün ziyanlıdır. Yüksək xolesterin damarların sağlamlığına mənfi təsir edir, insult və infarktın riskini artırır.

- dəri çətinliklə həzm olunur. Bu xüsusilə həzm sistemində pozulmaları olan insanlar üçün ziyanlıdır.

- toyuqların yetişdirilməsi zamanı (söhbət əsasən "broyler" toyuqlarından gedir) cüzi miqdarlarda olsa da müxtəlif kimyəvi maddələrdən istifadə olunur (hormonlar, antibiotiklər və s.). Bu maddələr əsasən toyuğun dərisində və piyində toplanır. Bu səbəbdən toyuğun dərisini və görünən piyi istifadə etməyin, toyuğu bişirmək üçün təmizləyəndə bu hissələri kəsib tullayın. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.