Sağlamlıq

“Delta” ştammının təhlükəli növü yayıldı: Daha qorxuludur

20 Oktyabr 2021 16:12
0 Şərh     Baxış: 1 305
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniyada daha yoluxucu koronavirus növü yayılıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə Kembricin Senqer İnstitutunun alimi Jeffri Barrett və London Universitetnin mütəxəssisi Fransua Ballu açıqlama verib.

"AY.4.2" adlandırılan bu variant "Delta" ştammının növü hesab edilir.

Bildirilib ki, yeni növün infeksiyaya yoluxdurma gücü 10-15% artıqdır.

Tədqiqatçıların fikrincə, "AY.4.2" ilə bağlı ilkin məlumatlar təsdiqlənərsə, pandemiya başlayandan bəri ən təhlükəli virus növü kimi qeydə alınacaq.

Alimlər qeyd edib ki, hazırda yeni növün kütləvi şəkildə yayılma təhlükəsi yoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.